Messi 69 illik rekordu yenilədi

17:58 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lionel Messi Argentina millisinin tarixində yeni rekorda imza atıb.

Hafta.az xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb. Messi İslandiya ilə yoldaşlıq oyununda (3:0) fərqlənərək yığmadakı qol sayını 117-yə çatdırıb. O, bu qolu vurarkən 38 yaş 350 günlüyündə olub.

Bununla da argentinalı ulduz 1957-ci ildə 38 yaş 282 günlüyündə millidə son qolunu vuran Anxel Labrunanın 69 illik rekordunu yeniləyib.

Qeyd edək ki, Argentina millisində meydana çıxan ən yaşlı futbolçu rekordu isə hələ də Labrunaya məxsusdur. O, 1958-ci ildə 39 yaş 260 günlüyündə yığmanın heyətində oyuna çıxıb.